Su ehtiyatları tükənə bilər - Dünya Meteorologiya Təşkilatı - VİDEO

Dünya Meteorologiya Təşkilatının açıqladığı son hesabatda bildirilir ki, qlobal miqyasda su ehtiyatları ciddi təhlükə altındadır. Sənəddə qarşıdakı illərdə susuzluq probleminin daha da kəskinləşəcəyi vurğulanır.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, hesabata görə, iqlim dəyişiklikləri, əhalinin artımı və su ehtiyatlarının düzgün idarə edilməməsi bu böhranı dərinləşdirən əsas amillər sırasındadır.
Qeyd olunur ki, quraqlıq hallarının artması, şirin su hövzələrinin azalması və təmiz içməli suya çıxış imkanlarının məhdudlaşması milyonlarla insanın həyatına təsir göstərə bilər.
Təşkilat hökumətləri və beynəlxalq qurumları vəziyyətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Təşkilat həmçinin bildirib ki, su resurslarının idarə edilməsində davamlı və səmərəli strategiyaların tətbiqi planetin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.
Bəsti Rəfizadə
Sfera.az






