Rusiya NATO sərhədlərini pozur - Hərbi müdaxilə ola bilər

Rusiya NATO sərhədlərini pozur - Hərbi müdaxilə ola bilər
Kateqoriya məlum deyil
T

Rusiyanın davranışlarına görə Avropada gərginlik artır. Növbəti hadisə Baltik dənizində baş verib. 


Almaniya Hərbi Hava Qüvvələri Baltik dənizi üzərində rus kəşfiyyat təyyarəsini durdurmaq üçün iki “Eurofighter” qırıcısını havaya qaldırıb. Transponderini söndürən və xəbərdarlıqlara reaksiya verməyən təyyarənin beynəlxalq hava məkanında uçuş istiqaməti dəyişdirilib.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, eyni vaxtda Estoniya ikinci dəfə hava məkanının Rusiya tərəfindən pozulduğunu açıqlayıb.

 

Rəsmi Tallin BMT Təhlükəsizlik Şurasının təcili iclasa çağırılacağını və NATO-nun 4-cü maddəsinin – təhlükəsizlik təhdidləri qarşısında üzv ölkələr arasında məsləhətləşmələrin aparılmasını nəzərdə tutan prosedurun işə salınmasını tələb edib.


Cümə günü üç rus MiQ-31 qırıcısı Finlandiya körfəzi üzərindən Estoniya hava məkanına daxil olub. Estoniya xarici işlər naziri Marqus Tsahkna bu hadisəni Polşa və Rumıniyada müşahidə olunan oxşar gərginliklərlə əlaqələndirərək qeyd edib ki, bu davranış beynəlxalq cavab tələb edir.


Avropa liderləri də vəziyyətin təhlükəli həddə çatdığını vurğulayıb. Latviya Prezidenti Edqars Rinkeviçs Rusiyanın addımlarının “ciddi bir münaqişəyə” gətirib çıxara biləcəyini bildirib. Çexiya Prezidenti Petr Pavel isə NATO-nun birliyini və qətiyyətini qorumağın vacibliyini qeyd edib.


ABŞ Prezidenti Donald Tramp bu hadisələrə görə xəbərdarlıq edib. O, bildirib ki, Rusiya pozuntularını davam etdirəcəyi təqdirdə Vaşinqton birbaşa müdaxilə edəcək.
Kreml isə Qərbin ittihamlarını rədd edərək, tətbiq olunan təzyiqlərin nəticə verməyəcəyini açıqlayıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR