Albaniya İsrailə görə bu yarışdan çəkilə bilər

Kateqoriya məlum deyil
T
Albaniya da İsrailin “Avroviziya 2026” mahnı müsabiqəsində iştirak edəcəyi halda tədbirdən geri çəkiləcəyini açıqlayan ölkələr sırasına qoşulub.
Sfera.az xəbər verir ki, bir çox Avropa ölkələrinin təşkilatçılar tərəfindən qəbul ediləcək qərardan asılı olaraq mövqeyini dəyişəcəyi gözlənilir.
Artıq Albaniya da mövqeyini bildirərək İsrailin iştirakına etiraz edən dövlətlərin sırasında yer alıb.
Qeyd edək ki, bundan əvvəl bir neçə Avropa ölkəsi İsrailin müsabiqəyə qatılacağı halda tədbirdə iştirak etməyəcəklərini bəyan etmişdilər. Bununla da Avroviziya tarixində İsrailin iştirakı ətrafında yaranan gərginlik daha da böyüyüb.
Niyaz Hacıyev
Sfera.az






