Zaxarova Krıma hücuma görə Qərbi qınadı: "Güzgüyə baxın"

Zaxarova Krıma hücuma görə Qərbi qınadı: "Güzgüyə baxın"
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Krımın Yaltı və digər bölgələrinə PUA hücumuna münasibət bildirib. 

 

Sfera.az-ın məlumatına görə, o qeyd edib ki, Avropada təcavüzün mənbəyini axtaran NATO və Avropa İttifaqı güzgüyə baxmalıdır:

 


“Onlar Avropada destabilizasiya və terrorizmin yayılmasının əsas səbəbkarıdırlar. Kiyev rejimini silahlandırır və dəstəkləyirlər".

 


Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, sentyabrın 21-də axşam saatlarında Ukrayna Krımın hərbi obyektlərin olmadığı kurort zonasına partlayıcı başlıqlı PUA-larla hücum edib.


Krım rəhbəri Sergey Aksyonovun sözlərinə görə, Foros qəsəbəsində sanatoriyanın bir neçə obyekti və məktəb binası zərər çəkib. Nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Məktəbin akt zalı tamamilə dağılıb, kitabxanası isə ciddi ziyan görüb.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR