Fələstin dövləti olmayacaq - Netanyahu

Fələstin dövləti olmayacaq - Netanyahu
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İordaniya çayının qərbində Fələstin dövləti yaradılmayacaq. 

 


Sfera.az xəbər verir ki, o, bu açıqlamanı Fələstini tanıyan ölkələrin mövqeyinə münasibət bildirərkən verib.

 


“Fələstin dövləti olmayacaq. Torpağımızın mərkəzində terror dövlətini bizə zorla qəbul etdirmək cəhdinə cavabımı ABŞ-dən qayıtdıqdan sonra verəcəyəm. İordaniya çayının qərbində Fələstin dövləti olmayacaq”, – deyə İsrail baş naziri vurğulayıb.


Netanyahu əlavə edib ki, 7 oktyabr qətliamından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajı var: "Siz terroru böyük bir mükafatla təltif edirsiniz”.

 

Xatırladaq ki, sentyabrın 21-də Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstin dövlətini tanıdıqlarını açıqlayıblar.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR