Fələstinin dövlət kimi tanınmasında məqsəd nədir? - AÇIQLAMA

Fələstinin dövlət kimi tanınmasında məqsəd nədir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son günlər beynəlxalq gündəmin əsas müzakirə mövzularından biri bir neçə Avropa ölkəsinin Fələstini dövlət kimi tanıyacağını bəyan etməsidir. Bu qərar həm Yaxın Şərqdə uzun illərdir davam edən münaqişənin yeni mərhələyə qədəm qoyması, həm də beynəlxalq münasibətlərdə yaranan gərginliklərin fonunda diqqət çəkir.

 

Çünki İsrail-Fələstin münaqişəsi təkcə region ölkələrinin deyil, böyük güc mərkəzlərinin də maraqlarının toqquşduğu bir sahəyə çevrilib. Son aylarda İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar, minlərlə dinc sakinin həyatını itirməsi, humanitar böhranın dərinləşməsi dünya ictimaiyyətində kəskin etiraz doğurub. Avropanın bəzi dövlətlərinin atdığı bu addım isə həm simvolik dəstək xarakteri daşıyır, həm də Qərbin İsrailin siyasətinə münasibətdə balans yaratmaq cəhdinin göstəricisi kimi dəyərləndirilir.

 

Bu kontekstdə sual yaranır: Fələstinin dövlət kimi tanınmasında əsas məqsəd nədir? Niyə məhz indi belə bir addım atılır və bu, münaqişənin həllinə real təsir göstərə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, Fələstinlə bağlı son aylar baş verən hadisələr həm regiondakı reallıqlardan, həm də Avropa dövlətlərinin siyasi narahatlıqlarından qaynaqlanır.

 

Onun sözlərinə görə, Avropa ölkələri ABŞ və İsrailin siyasətinə balans yaratmaq niyyəti güdür:

 

“Birbaşa olaraq İsrailə və ya ABŞ-yə düşmənlik elan etməsələr də, ümumilikdə dünya ictimaiyyətinin hansısa hisslərini qazanmaq istəyini göstərir. Fələstinin tanınma addımının münaqişənin həllinə bir təsiri olacağı ilə bağlı söz demək çətindir. Bu halda Fələstinə başqa hüquqlar verilə bilər. Bu simvolik dəstək, həmçinin ABŞ və İsrailə təzyiq göstərmək, bəyanatlar vermək, bildirişlər etmək, həyata keçdiyi təqdirdə isə balans yaratmaq ilə özünü göstərə bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR