Logo

Kadırova “Sünnənin Müdafiəçisi” ordeni verildi

Kadırova "Sünnənin Müdafiəçisi" ordeni verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çeçenistan lideri Ramzan Kadırov Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurası tərəfindən “Sünnənin Müdafiəçisi” ordeni ilə təltif edilib.

Sfera.az xəbər verir ki, bu barədə Çeçenistanın Baş naziri Maqomed Daudov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, mükafat Kadırova “Allah Rəsulunun sünnəsinin qorunması və möhkəmləndirilməsində mühüm şəxsi töhfəsinə görə” verilib.

Daudov əlavə edib ki, Çeçenistan rəhbəri regionda beynəlxalq terrorizm və ekstremizmin kökünü kəsib, gözəl məscidlər və islam təhsili müəssisələri tikib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR