Logo

Suriya lideri 60 ildən sonra ilk dəfə ABŞ-a getdi

Suriya lideri 60 ildən sonra ilk dəfə ABŞ-a getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyanın hazırkı Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gedib.

Sfera.az xəbər verir ki, bu barədə "Suriya" TV məlumat yayıb.

Kanal qeyd edib ki, Suriya prezidentinin ABŞ-a sonuncu sənədləşdirilmiş səfəri 1967-ci ilin yayında baş tutub.

Əl-Şaraanın səfərinin beş gün davam edəcəyi gözlənilir. Onu ən azı dörd nazirdən ibarət nümayəndə heyəti müşayiət edir. Səfər zamanı siyasətçi ABŞ-da Suriya icması ilə görüşəcək, ABŞ-la diplomatik münasibətlərin bərpası, o cümlədən Vaşinqtonda səfirliyin açılması məsələlərini müzakirə edəcək və BMT Baş Assambleyasında çıxış edəcək.

Ehtimal olunur ki, Şaraa yeni Suriya ilə bağlı fikirlərini açıqlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR