Aİ Rusiyaya neft sanksiyası tətbiq etməyəcək

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketinə neft alışına məhdudiyyətlərin daxil edilməyəcəyi açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə iqtisadi və sosial məsələlər üzrə Avrokomissar Valdis Dombrovskis məlumat verib.
Onun sözlərinə görə, enerji sahəsində nəzərdə tutulan 19-cu sanksiyalar paketi konkret olaraq nefti əhatə etmir, lakin mayeləşdirilmiş təbii qaz (MTQ) ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
Avrokomissar vurğulayıb ki, Rusiyadan bütün növ fosil yanacaqlarının tamamilə alınmasından imtina istiqamətində işlər davam etdiriləcək. Lakin bu strategiyanın icrası üçün dəqiq vaxt açıqlanmayıb.
Xatırladaq ki, Avrokomissiya daha əvvəl Rusiyadan MTQ idxalından 2027-ci ilin əvvəlinədək, əvvəlki plandan bir il tez imtina etməyi təklif etmişdi.
Niyaz Hacıyev
Sfera.az






