Vaşinqtonda Suriya bayrağı qaldırılıb
Kateqoriya məlum deyil
Suriya Ərəb Respublikasının bayrağı ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Suriya səfirliyinin binasında qaldırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Suriya informasiya agentliyi SANA məlumat yayıb
Dünən keçirilən mərasimdə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani bayrağı rəsmi şəkildə qaldırıb.
Tarixi an kimi qiymətləndirilən tədbirdə nazir Şeybani bayrağın yenidən qaldırılmasını “Suriyanın beynəlxalq aləmdəki legitimliyinin və diplomatik varlığının təsdiqi” adlandırıb.
Xatırladaq ki, sözügedən səfirlik binası 18 mart 2014-cü ildə fəaliyyətini dayandırmışdı.
Niyaz Hacıyev
Sfera.az






