Portuqaliya sabah Fələstin dövlətini tanıyacaq
Portuqaliya Xarici İşlər Nazirliyi cümə günü verdiyi açıqlamada, ölkənin bazar günü Fələstin dövlətini rəsmi olaraq tanıyacağını bildirib.
Sfera.az-ın məlumatına görə, nazirlik qeyd edib ki, Fələstin Dövlətinin rəsmən tanınması gələn həftə keçiriləcək Yüksək Səviyyəli Konfransdan əvvəl baş tutacaq. Xarici işlər naziri Paulo Rangel isə bu həftə Böyük Britaniyaya səfəri zamanı ölkənin Fələstin dövlətini tanımağı nəzərdən keçirdiyini bildirmişdi.
Qonşu İspaniya, İrlandiya və Norveç 2024-cü ilin may ayında Fələstin dövlətini tanımış və digər Avropa İttifaqı ölkələrini də eyni addımı atmağa çağırmışdılar. Portuqaliya isə digər Avropa İttifaqı üzvləri ilə ortaq mövqe müəyyənləşdirmək istədiyini bəyan etmişdi.
Qeyd edək ki, hazırda Avropa İttifaqının 27 üzvündən yalnız bir neçəsi Fələstini dövlət kimi tanıyıb.
Niyaz Hacıyev
Sfera.az






