Tramp hökumətə qadağa qoymağa hazırlaşır

Tramp hökumətə qadağa qoymağa hazırlaşır
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Konqresdə respublikaçılar və demokratlar dövlətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəlməsələr, federal hökumət 1 oktyabrdan fəaliyyətini dayandıra bilər.

 

Sfera.az xəbər verir ki, Tramp  bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

 

“Biz demokratlarla danışıqları davam etdirəcəyik, amma düşünürəm ki, ölkə müəyyən müddət bağlı qala bilər” – ABŞ lideri vurğulayıb.

 

Onun sözlərinə görə, hökumət bağlandığı halda ordu, sosial müdafiə və digər zəruri sahələr maliyyələşdiriləcək. Lakin prezident əlavə edib ki, demokratların dəstəklədiyi bir çox layihələr bu halda maliyyə təminatı almayacaq.

 

Tramp həmçinin bildirib ki, hökumətin maliyyələşməsinin davam etməsi üçün Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Senatda da dəstəklənməlidir: 

 

“Senatda cəmi 53 respublikaçı var və 60 səsə ehtiyac duyulur. Bu isə demokratların da dəstəyini tələb edir. Amma onların razılığa gələcəyinə əmin deyiləm".

 

Qeyd edək ki, cümə günü Senat hökumətin maliyyələşməsini davam etdirmək üçün təqdim edilən hər iki qanun layihəsini, həm respublikaçıların, həm də demokratların hazırladığı sənədi rədd edib. Nəticədə, 1 oktyabrda hökumətin bağlanmasının qarşısını ala biləcək heç bir sənəd qəbul olunmayıb. 


ABŞ mediası məlumat verir ki, Konqres gələn həftə tətilə çıxacağı üçün bağlanma ehtimalı daha da artıb.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR