Tramp bu tarixdə Ərdoğanla görüşəcək - Özü açıqladı

Kateqoriya məlum deyil
T
“Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnun olacağam”.
Sfera.az xəbər verir ki, bu haqda ABŞ lideri Donald Tramp “Truth Social”da paylaşım edib.
“Prezidentlə “Boeing” təyyarələrinin genişmiqyaslı satışı, əhəmiyyətli bir “F-16” müqaviləsi və müsbət nəticələndirə biləcəyimiz “F-35” danışıqlarının davam etdirilməsi kimi çoxsaylı ticarət və hərbi sazişlər üzərində işləyirəm. Prezident Ərdoğanla hər zaman çox yaxşı münasibətim olub. Onu 25-də səbirsizliklə gözləyirəm”. (Qafqazinfo)






