Rusiyanın gizli silah anlaşması ifşa edildi

Rusiyanın gizli silah anlaşması ifşa edildi
Kateqoriya məlum deyil
T

Rusiya ilə Vyetnam silah müqavilələrini gizlətmək üçün ortaq neft şirkətləri vasitəsilə gizli ödəniş sistemi qurub. 


Sfera.az xəbər verir ki, “Associated Press”in əldə etdiyi sənədlərə görə, bu mexanizm Qərbin sanksiyalarını aşmaq məqsədi daşıyır və Hanoyun Vaşinqtonla yaxınlaşma cəhdlərini risk altına salır.


Məlumatı agentliyə çatdıran vyetnamlı rəsmi bildirib ki, hərbi əməkdaşlığın davam etməsi ölkənin ABŞ ilə qurmağa çalışdığı siyasi münasibətlərə zərbə vura bilər.
Sənədlərdə göstərilir ki, ortaq neft şirkətləri Rusiya silahlarının ödənişləri üçün “arxa qapı” rolunu oynayır. “Petrovietnam”ın 2024-cü ildə hazırladığı hesabatda pul köçürmələrinin yalnız Rusiya və Vyetnam daxilindəki hesablar arasında aparıldığı, SWIFT sistemindən isə istifadə edilmədiyi qeyd olunur.


Bu üsulla əməliyyatlar Qərb nəzarət qurumlarının diqqətindən yayınır və silah müqavilələrinin maliyyələşməsi gizli qalır.


Məlumata görə, Rusiya Vyetnama 2011-ci ildə 2 milyard dollar, 2023-cü ildə isə 8 milyard dollar kredit ayırıb. İkinci razılaşma üzrə hələlik silah təhvil verilməsə də, Moskva ödənişləri artıq qəbul edib.


Sistemdə Rusiyadakı “Rusvietpetro” və Vyetnamdakı “Vietsovpetro” şirkətləri əsas rol oynayır. Şirkətlərin mənfəət payları kredit ödənişlərinə yönəldilir, daha sonra isə “Zarubezhneft” vasitəsilə qarşılıqlı köçürmələr həyata keçirilir.


Hanoyda çalışan Qərb diplomatları uzun müddətdir belə bir mexanizmdən şübhələndiklərini, lakin detalları ilk dəfə gördüklərini bildiriblər.


Qeyd edək ki, “Zarubezhneft” rəhbərliyindəki şəxslər ABŞ sanksiyalarına məruz qalıb. Şirkətin idarə heyətinin sədri Evgeni Murov 2014-cü ildə, baş direktor Sergey Kudryaşov isə 2025-ci ilin yanvarında “qara siyahı”ya salınıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR