Avstriya baykota qarşıdır: "Məntiqsiz və mənasızdır”

Avstriya Xarici İşlər Nazirliyinin dövlət katibi Sepp Şelxorn Avroviziya müsabiqəsi ilə bağlı boykot çağırışlarını şərh edib.
Sfera.az xəbər verir ki, o, boykotlara qarşı çıxaraq bildirib ki, Avroviziya boykotları məntiqsiz və mənasızdır, bizi heç bir yerə aparmır.
Şelxorn qeyd edib ki, musiqi və mədəniyyət insanların birləşməsinə xidmət edən vasitələrdir və siyasi boykotlar bu sahədə yalnız mənfi təsir yaradır. Onun sözlərinə görə, belə addımlar həm iştirakçı ölkələr, həm də tamaşaçılar üçün faydasızdır və mədəni dialoqun qarşısını alır.
Qeyd edək ki, Avropa və dünya mediasında yayılan məlumatlara görə, son dövrlərdə bəzi ölkələr Avroviziya müsabiqəsini siyasi səbəblərdən boykot etməyə çağırır. Lakin Avstriya rəsmisinin mövqeyi göstərir ki, ölkə bu cür təşəbbüslərə qoşulmaq niyyətində deyil və mədəniyyətin siyasi oyunların qurbanı olmaması prinsipini müdafiə edir.
Niyaz Hacıyev
Sfera.az






