ABŞ yenidən Əfqanıstana qayıtmaq istəyir - Səbəb nədir?

ABŞ yenidən Əfqanıstana qayıtmaq istəyir - Səbəb nədir?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Əfqanıstandakı Baqram aviabazası üzərində nəzarəti yenidən əldə etmək üçün cəhdlər göstərir. Onun sözlərinə görə, baza strateji baxımdan son dərəcə vacibdir.


Amerikalı ekspertlər hesab edir ki, Trampın yenidən Əfqanıstana qayıtmaq istəməsi Çinlə bağlıdır. Amma ekspertlər başqa amillərin də bu istəyi formalaşdıra biləcəyini qeyd edirlər. 

 

Bəs ABŞ niyə yenidən Əfqanıstana qayıtmaq istəyir?  

 

Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev xatırlatdı ki, bir neçə il əvvəl ABŞ-nin sülhməramlı qüvvələri və NATO əsgərləri tələsik şəkildə Əfqanıstanı tərk edib. 

 

Onun sözlərinə görə, məhz həmin hərbi hava limanında Azərbaycan və Türkiyə əsgər və zabitləri sona qədər xidmət göstərdilər və Əfqanıstanı ən son tərk edən hərbçilər oldular: 

 


“Tarix boyu Əfqanıstan uğrunda müharibələr aparılıb, bu ərazilərə sahib olmaq istəyən qüvvələr çox olub. ABŞ də müəyyən mənada öz məqsədinə çatmış, uzun illər burada mövcudluğunu qorumuşdu. Lakin Bayden administrasiyasının səhv siyasəti nəticəsində vaxtilə əldə edilmiş bütün üstünlüklər itirildi. Hazırda rəsmi səviyyədə ABŞ ilə Əfqanıstan arasında demək olar ki, əlaqələr mövcud deyil, amma qeyri-rəsmi şəkildə Vaşinqtonun təsir imkanları hələ də qalır”.

 

N.Həmzəyev Əfqanıstanın strateji mövqeyini nəzərə alındıqda, ABŞ-nin bu istiqamətdə addımlar atmasının təbii qəbul olunmalı olduğunu əlavə edib. 

 

O əlavə edib ki, ancaq bunun necə nəticələnəcəyi hələlik qeyri-müəyyəndir:

 

“Hər halda, Asiyanın qəlbində, Çin və Rusiyaya yaxın bir coğrafiyada yerləşən belə bir hava limanına nəzarət ABŞ üçün son dərəcə vacib və strateji əhəmiyyət daşıyır. Nəzarəti tam şəkildə ələ keçirə bilməsə də, müəyyən imkanlardan istifadə etmək üçün Əfqanıstan rəhbərliyi ilə razılıq əldə etməsi mümkündür”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR