Bu ölkə Rusiyaya təhdid yaradır - Səfir

Bu ölkə Rusiyaya təhdid yaradır - Səfir
Kateqoriya məlum deyil
T

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib ki, Kopenhagen Bornholm adasından Rusiyanın, xüsusilə də Kalininqrad vilayətinin təhlükəsizliyini hədələmək üçün istifadə edir. 

 

Sfera.az xəbər verir ki, diplomatın sözlərinə görə, adada daimi əsasda fəaliyyət göstərəcək bir alayın və mobil gəmi əleyhinə kompleksin yerləşdirilməsi barədə qərar qəbul olunub.


“Bornholm uzun illər ərzində sülh adası olaraq qalıb və hətta Soyuq Müharibə dövründə belə hərbi hazırlıq məkanı olmayıb, Baltik dənizi regionunda sabitliyə töhfə verib. Lakin hazırda ada Danimarka tərəfindən Rusiyanın, o cümlədən Kalininqrad vilayətinin təhlükəsizliyinə təhdid mənbəyinə çevrilib”, – deyə səfir vurğulayıb.


Barbin əlavə edib ki, Danimarkanın Rusiyaya qarşı fəaliyyəti diqqətdən yayınmır.


Xatırladaq ki, Danimarka hökuməti çərşənbə günü uzaqmənzilli dəqiq zərbə imkanına malik silahların silahlanmaya daxil ediləcəyini açıqlayıb. Rəsmi Kopenhagendən verilən məlumata görə, bu addım ölkənin müdafiə qabiliyyətini və NATO müttəfiqlərinin çəkindirmə gücünü gücləndirməyə xidmət edəcək.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR