Real “La Casa de Papel”: 3,5 ton pul üçün 78 metrlik yeraltı tunel qazdılar

Real "La Casa de Papel": 3,5 ton pul üçün 78 metrlik yeraltı tunel qazdılar
Kateqoriya məlum deyil
T

Oğurluq haqqında düşünəndə maskalı adamları, basqınları və panikaya düşmüş bank işçilərini təsəvvür edirsiniz? Amma 2005-ci ildə Fortalezada baş verən bu hadisə indiyə qədər tanıdığınız bank soyğunlarından fərqli idi. Oğrular 78 metrlik yeraltı tunel qazaraq “Banco Central”dan 160 milyon Braziliya Realı (təxminən 3,5 ton nağd pul) oğurlayıblar. Bəs, planlaşdırılan soyğunçuluq necə baş verdi?
 

Sfera.az mövzu ilə bağlı maraqlı məlumat təqdim edir:
 

Fortalezadakı “Banco Central” filialının bu qarətinin arxasında adi bir dəstə deyil, riyaziyyat, mühəndislik və qazıntı sahəsində mütəxəssislər qrupu dayanırdı.
 

Oğurluqdan 3 ay əvvəl onlar şəhərin mərkəzində dükan icarəyə götürüb, onu abadlıq-quruculuq şirkəti adlanan qurum kimi təqdim ediblər.
 

Kənardan hər şey normal görünürdü. Dükan üzərində plakatda "Çəmənlik və Bitki satışı" yazılmışdı, içəridə həqiqətən də bəzi bitkilər və qablar var idi. Amma pərdə arxasında tamam başqa əməliyyat gedirdi...
 

Oğrular bankın anbarına çatmaq üçün 78 metr uzunluğunda, 4 metr dərinliyində tunel qazıblar. Bu tunel taxta dayaqlarla möhkəmləndirilmiş, içəridən işıqlandırılmış, havalandırma sistemi ilə təchiz edilmişdir.
 

Qonşular hər gün torpaqda yük maşınları daşıyan fəhlələri görsələr də, bunun abadlıq şirkətinin normal işi olduğunu düşünürdülər.
 

Qazılan torpağın əslində bank quldurluğu üçün qazılmış nəhəng tuneldən gəldiyini heç kim anlamadı. 6 avqust 2005-ci ildə komanda aylarla davam edən hazırlıqlarının bəhrəsini aldı.
 

Onlar tunelin sonundakı 1,1 metr qalınlığında dəmir-beton divardan keçərək bankın anbarına çatıblar.
 

Bankdan içərisində 50-Rea əskinasları olan 5 böyük konteyner boşaldılıb. Ümumilikdə 160 milyon Braziliya Realı oğurlanıb. Bundan əlavə, bu əskinaslar köhnə, nömrələnməmiş əskinaslar olduğundan onların izini izləmək demək olar ki, mümkün deyildi.
 

Soyğunçular siqnalizasiya sistemlərindən yan keçərək təhlükəsizlik kameralarına düşməyiblər. Bank yalnız bazar ertəsi səhər iş başlayanda qarət edildiyini anlayıb.
Braziliya polisi oğurluqdan sonra intensiv araşdırmalara başlayıb. Dəstə üzvlərinin bəziləri girov müqabilində qaçırılaraq girov saxlanılıb, digərləri isə öldürülüb.

Bununla belə, qalan 128 milyon Real itkin olaraq qalır.
 

Bu əfsanəvi bank quldurluğu hətta “Netflix”in “3 Tonelada$: Assalto ao Banco Central” sənədli filminin mövzusu olub.

 

Aysel

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR