Fransada etirazlar: 181 nəfər saxlanıldı, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Fransada davam edən kütləvi etiraz aksiyaları zamanı ümumilikdə 181 nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, “Le Parisien” nəşrinin məlumatına görə, saxlanılanlardan 31-i Parisdə qeydə alınıb.
Etirazlar zamanı baş verən toqquşmalarda 11 polis əməkdaşı, 10 nümayişçi və 1 jurnalist xəsarət alıb. Hadisələr zamanı ümumilikdə 29 yanğın faktı qeydə alınıb.
Hakimiyyət nümayəndələri təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.






