İsrail iştirak edəcəyi təqdirdə İspaniya “Eurovision”u boykot edəcək: “Böyük beşlik” qalmaqalın mərkəzində

İspaniyanın dövlət televiziyası, Qəzzadakı müharibə səbəbiylə İsrailin xaric edilmədiyi təqdirdə Vyanada keçiriləcək növbəti müsabiqədən çıxacağını açıqlayıb.
Sfera.az bildirir ki, İspaniya, İsrailin iştirak edəcəyi təqdirdə 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini elan edən sonuncu ölkədir.
Dövlət yayımı idarə heyətinin üzvləri gələn il İsrailin ərizə təqdim edən ölkələr sırasında olacağı təqdirdə müsabiqəni boykot etməyə səs veriblər.
İspaniya 2026-cı ildə iştirakdan imtina edən "Böyük beşlik" Eurovision ölkələrindən (digərləri Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadır) sonuncusu olub.
Qərar BMT-nin təhqiqat komissiyasının İsrailin Qəzzada soyqırım törətdiyi qənaətinə gəldiyi gün qəbul edilib. “Eurovision”la bağlı oxşar qərarlar artıq Sloveniya, İrlandiya və Hollandiya tərəfindən də verilib.
İspaniya Dövlət Televiziyası bəyan edib:
"İyul ayında RTVE EBU-ya (Eurovision-u idarə edən Avropa Yayım Birliyi) İsrailin növbəti “Eurovision” festivalında iştirakı ilə bağlı ciddi və dərin müzakirə tələbi ilə müraciət etdi. Digər ölkələr İspaniyanın xahişini dəstəklədi”.
2025-ci ildə İspaniyanı müğənni Melodi təmsil edib.
Növbəti “Eurovision” Mahnı Müsabiqəsi may ayında Vyanada keçiriləcək.
Bu arada İslandiyanın ictimai yayımçısı RÚV bildirib ki, o, öz mövqeyini nəzərdən keçirir və iştirakdan imtina etmək hüququnu özündə saxlayır.
2025-ci ildə İsraili müğənni Yuval Rafael təmsil edib.
“Eurovision” Mahnı Müsabiqəsinin direktoru Martin Qrin isə:
"Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı narahatlıqları və dərin köklü fikirləri başa düşürük. Biz hələ də iştirakçılığı necə idarə etdiyimizə və “Eurovision” Mahnı Müsabiqəsi ilə bağlı geosiyasi gərginliyə dair fikir toplamaq üçün bütün EBU üzvləri ilə məsləhətləşmələr aparırıq... Hər bir üzv müsabiqədə iştirak etmək istəyib-istəməyəcəyinə qərar verməlidir və yayımlanan hər hansı qərara hörmətlə yanaşırıq"-deyə hadisələrə münasibət bildirib:
İsrailin milli ictimai yayım şirkəti Kan isə artıq iştirak etmək qərarına gəlib.
Aysel






