Plana düşən evi üçün milyonlarla dollar istədi: Layihəni yarımçıq saxladılar

Plana düşən evi üçün milyonlarla dollar istədi: Layihəni yarımçıq saxladılar
Kateqoriya məlum deyil
T

Çində sürətli dəmir yolunun 2024-cü ildə açılması nəzərdə tutulurdu, lakin Jiangsu əyalətindən olan “Çjan xala”nın hərisliyi ucbatından rəsmi açılış təxirə salınmalı olub.
 

Sfera.az bildirir ki, 2020-ci ildə Çin rəsmi olaraq Jiangsu, Zhejiang və Şanxayı birləşdirən iddialı yüksək sürətli dəmir yolu layihəsinin inşasına başlayıb. Podratçılar inanılmaz sürətlə işləyiblər, cəmi bir neçə il ərzində 163,54 kilometrlik marşrut demək olar ki, tamamlanıb. Bununla belə, Jiangsu əyalətində yolda yalnız bir "dırnaq boyda ev" qalıb: Zanq adlı qadın, böyük məbləğdə pul təklif edilməsə, köçməkdən imtina edib.
 

Onun kəndində olan bütün digər ev sahibləri hökumətin köçmək təklifini qəbul ediblər, Zanq istisna olmaqla. Onun ailəsi dözə biləcəklərinə və səlahiyyətliləri yüksək qiyməti ödəməyə məcbur edə biləcəklərinə inanırdılar. Çıxılmaz vəziyyətə düşən yerli hakimiyyət evin hər iki tərəfində dəmir yolu körpüsü tikərək onun əmlakını təsirli şəkildə təcrid edib.
 

Zanq əvvəlcə hər kvadratmetr üçün 100.000 yuan istəyib lakin səlahiyyətlilər ona bu qiymətin rəsmi qaydalarda icazə veriləndən xeyli yüksək olduğunu bildirib. Ailəsi ödəməkdən nə qədər çox imtina etsə, tələb olunan qiymət bir o qədər yüksək olur. Nəhayət, onlar tələblərini iki dəfə artıraraq hər kvadratmetr üçün 200.000 yuana çatdırdılar ki, bu da bütün əmlak üçün 143 milyon yuan təşkil edib.
 

Bu arada, "dırnaq evi"nin dron fotoşəkilləri və videoları ölkə daxilində manşetlərə çevrilib və medianın sıx diqqəti nəticədə Zanq üçün dözülməz olub. Onda ağır bir psixoloji pozğunluq yarandı və artıq bu stresli mühitdə yaşaya bilməyəcəyini başa düşdü.
 

Çin mediası Zanq xalanın nəhayət ki, təslim olduğunu və ailəsi ilə birlikdə hökumətin təklifini rəsmi qaydalara uyğun olaraq qəbul edəcəklərini açıqladığını yazır. Beləliklə, “Cyansunun ən inadkar evi” artıq 38 milyard yuan dəmir yolu layihəsinin qarşısında dayanmayacaq.

 

Aysel

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR