Misir turistlər üçün bağlanır: Ciddi təhlükə aşkarlanıb

Misir turistlər üçün bağlanır: Ciddi təhlükə aşkarlanıb
Kateqoriya məlum deyil
T

Misirdə bir neçə çimərlik sahilə yaxın üzən köpək balıqlarına görə bağlanıb. Yırtıcıların daha əvvəl hücumları olduğu üçün səfəri planlaşdıran turistlərə təhlükə barədə xəbərdarlıq edilir.

 

Sfera.az bildirir ki, yırtıcıları Hurqada sahillərində və Makadi kurort şəhəri yaxınlığında müşahidə ediblər Son bir neçə gündə 5 ulduzlu “Labranda Royal Makadi”, “Kleopatra Luxury Beach” və “Stella Makadi” də daxil olmaqla 10-a yaxın otelin çimərlikləri bağlanmağa məcbur olub. Artıq bəzi çimərliklərdə məhdudiyyətlər aradan qaldırılıb.
 

Misirə səfər etməyi planlaşdıranlara köpəkbalığı ilə bağlı xəbərdarlıq da edilir. Noyabr turu sifariş etdiyini bildirən bir turist rezervasiya zamanı dəfələrlə hazırda kurort çimərliklərinin yaxınlığında köpək balıqlarının üzdüyü barədə xəbərdarlıq aldığını bildirib.
 

Mütəxəssislər isə xəbərdarlıq edir ki, burada insanlar üçün xüsusilə təhlükəli olan pələng köpəkbalığı və öküz köpəkbalığı da daxil olmaqla, köpək balıqlarına rast gəlmək olar.
 

İzləyicilərdən biri qeyd edib ki, 2024-cü ildə dörd ölümcül köpəkbalığı hücumu qeydə alınıb.

“Yaxşı bəslənən köpəkbalığı, təhrik edilmədikcə heç vaxt insana hücum etməz" - deyə o izah edib.


Aynil
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR