Süni intellektlə bağlı xəbərdarlıq - Təhlükəli silah istehsal oluna bilər

Süni intellektlə bağlı xəbərdarlıq - Təhlükəli silah istehsal oluna bilər
Kateqoriya məlum deyil
T

Çində süni intellektin riskləri ilə bağlı yeni sənəd dərc olunub. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ texnologiyaları düzgün nəzarət edilməsə, terrorçular və ekstremist qruplar tərəfindən nüvə, kimyəvi və bioloji silahların hazırlanması üçün istifadə oluna bilər.

 

Sənəd Çinin Milli Kibertəhlükəsizlik Komitəsi və Milli Kompüter Şəbəkəsinin Fövqəladə Hallara Müdaxilə Qrupu tərəfindən hazırlanıb.

 

Mənbəyə görə, süni intellekt çox böyük məlumat bazalarından istifadə edir. Bu məlumatların içində raket sistemləri, kütləvi qırğın silahları və digər hərbi texnologiyalar barədə nəzəri biliklər də var. Əgər ciddi nəzarət olunmasa, terrorçular bu biliklərdən istifadə edib təhlükəli silahların hazırlanması yollarını öyrənə bilərlər.

 

Sənəddə həmçinin vurğulanır ki, bu risklərin qarşısını almaq üçün süni intellektin istifadəsinə ciddi qaydalar qoyulmalı, nəzarət mexanizmləri yaradılmalıdır.

 

Mütəxəssislər bildirirlər ki, məsələ təkcə Çini deyil, bütün dünyanı narahat etməlidir. Buna görə də ölkələr arasında əməkdaşlıq və ortaq təhlükəsizlik qaydaları vacib hesab olunur.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR