Tramp Modi ilə görüşdü

Çin ilə ticarət razılaşmasına hazırlaşan ABŞ, Hindistanla münasibətləri yaxşılaşdıra bilər.
Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hindistan Baş naziri Narendra Modi ilə görüşdüyünü bildirib.
Tramp görüşmənin iki böyük iqtisadiyyat arasında gümrük rüsumları və Yeni Delinin Rusiya nefti alışı ilə bağlı gərginliyi yüngülləşdirməyi hədəflədiyini qeyd edib.
Tramp sosial şəbəkədə paylaşım edərək, Hindistan lideri ilə “möhtəşəm” bir görüş keçirdiyini və Modiyə Rusiya-Ukrayna münaqişəsinin sona çatdırılması istiqamətində göstərdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib.
Baş nazir Modi də paylaşımında Trampın sülh təşəbbüslərinə dəstək verdiklərini qeyd edib. Görüş, iki ölkənin bu həftə ticarət danışıqlarına yenidən başlamasından sonra baş tutub. Tramp keçən ay Hindistana %50 gümrük rüsumu tətbiq etmişdi.
Rüsumların artırılmasında Hindistanın Rusiya nefti alışı əsas səbəblərdən biri kimi göstərilmişdi.
Niyaz Hacıyev
Sfera.az






