Avropa İttifaqı İsraili ciddi nəticələrlə hədələdi

"Brüssel İsraildən Qəzzada hərbi əməliyyatı dayandırmağı tələb edir.
Sfera.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Genişlənmə üzrə Ali Nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Ənvər əl-Anuni bildirib.
"Avropa İttifaqı İsraildən əməliyyatını genişləndirməməyi tələb etməkdə davam edir. Hərbi əməliyyat onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da gərginləşdirəcək və girovların həyatını təhlükəyə atacaq", - avropalı diplomat vurğulayıb.
Əl-Anuni deyib ki, ölüm, zorakılıq və məhvetmə dövrünü dayandırmaq üçün Təl-Əviv indi hərəkətə keçməlidir.
Jurnalistlərin Avropa Komissiyasının İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab edib- etməməsi ilə bağlı sualını cavablandıran Əl-Anuni deyib:
"Aİ-nin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir və o, beynəlxalq cinayətin, o cümlədən soyqırımın törədildiyini müəyyənləşdirmək beynəlxalq məhkəmələrin işidir".
"Soyqırım kimi təsnifat zəruri qaydalara uyğun və qanuna uyğun olaraq faktların müəyyən edilməsinə əsaslanmalıdır", - o vurğulayıb. (Publika.az)






