İspaniya Avroviziya yarışmasından imtina edə bilər - SƏBƏB

İspaniyanın dövlət televiziyası RTVE rəsmi açıqlama yayaraq bildirib ki, əgər İsrail gələn il keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi 2026-da iştirak etsə, İspaniya bu yarışmada yer almayacaq.
Sfera.az xəbər verir ki, qurum bu qərarı ölkədə geniş ictimaiyyətin tələbləri, həmçinin beynəlxalq aləmdə İsrailin mövqeyi ilə bağlı yaranan mübahisələr fonunda qəbul edib.
RTVE-nin nümayəndələri vurğulayıb ki, qurum Avroviziyanın siyasi çəkişmələrdən uzaq, sülh və birliyi təşviq edən bir mədəniyyət platforması kimi qalmasını vacib hesab edir.
Qeyd edək ki, son aylarda bir sıra Avropa ölkələrində də İsrailin Avroviziyada iştirakı ilə bağlı etirazlar səsləndirilir. Bu isə 2026-cı ildə təşkil olunacaq müsabiqənin əvvəlki illərlə müqayisədə daha mübahisəli ola biləcəyini göstərir.
Niyaz Hacıyev
Sfera.az






