Tramp fikrini dəyişdi, Rusiyaya sanksiya tətbiq edilməyəcək

Tramp fikrini dəyişdi, Rusiyaya sanksiya tətbiq edilməyəcək
Kateqoriya məlum deyil
T

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 19-cu sanksiya paketi təxirə salınıb. Bu qərara ABŞ Prezidenti Donald Trampın NATO ölkələrinə ünvanladığı “Rusiyadan enerji almayın, ABŞ-dən alın” çağırışı səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Brüsseldəki diplomatik mənbələr planın çərşənbə günü müzakirəyə çıxarılmayacağını təsdiqləyiblər.

 

Avropa Komissiyası isə məsələnin detalları barədə açıqlama verməkdən imtina edib.


Aİ iyul ayında Rusiyadan enerji asılılığını 2027-ci ilə qədər aradan qaldırmağı hədəfləyən qanun layihəsi təqdim etmişdi. Tramp isə bu müddətin sürətləndirilməsini istəyərək NATO müttəfiqlərinə Rusiya neft və qazını dərhal dayandırmaq təzyiqi göstərib. ABŞ Enerji elçisi Kris Rayt da Avropanın prosesi irəli çəkməsinin vacibliyini vurğulayıb. Lakin Avropa diplomatları 2027-dən əvvəl bunun mümkün olmadığını bildirirlər.


Avropa ölkələri hələ də böyük ölçüdə Rusiya qazından asılıdır. Alternativ olaraq ABŞ-dən enerji almaq variantı isə yüksək maliyyəti ilə ciddi narahatlıq yaradır. Tramp isə bu məsələdə əlavə çıxış yolu təklif etməyib.


Bir Aİ diplomatı “Əgər Tramp həqiqətən Avropanın Rusiya qazından imtina etməsini istəyirsə, sadəcə dostları Slovakiya Baş naziri Fiko və Macarıstan Baş naziri Orbanla danışması kifayətdir” deyə bildirib.


Alman Marşall Fondu eksperti Noah Barkin isə Trampın çağırışını “səmimi təşəbbüs deyil, siyasi nümayiş” kimi qiymətləndirib.


Mütəxəssislərin fikrincə, Vaşinqtonun əsas məqsədi Avropa ölkələrini daha çox ABŞ nefti və qazı almağa yönləndirməkdir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR