İranda ard-arda zəlzələlər oldu
Kateqoriya məlum deyil
Bu gün səhər saatlarında Buşəhr əyalətinin Əsəluye şəhərində bir neçə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.
Məlumata görə, saat 00:33-də 4,1 bal gücündə ilk zəlzələ qeydə alınıb.
Bundan 7 dəqiqə sonra 3,7 bal gücündə ikinci təkan baş verib. Daha sonra saat 01:43-də isə 2,9 bal gücündə üçüncü zəlzələ müşahidə olunub.
Zəlzələlər nəticəsində dağıntı və insan itkisi ilə bağlı məlumat verilməyib.






