ABŞ bu ölkəyə raketlər yerləşdirdi - Çinin etiraz edəcəyi gözlənilir – FOTO

ABŞ bu ölkəyə raketlər yerləşdirdi - Çinin etiraz edəcəyi gözlənilir – FOTO
Kateqoriya məlum deyil
T

ABŞ Yaponiyada ilk dəfə orta mənzilli “Typhon” raket sistemini nümayiş etdirib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Tomahawk” qanadlı raketlərini və 200 km-dən uzaqdakı hədəfləri vura bilən “SM-6” raketlərini ata bilən qurğu, iki həftə davam edəcək “Resolute Dragon” hərbi təliminə daxil edilib.

 

Təlimdə 20 min ABŞ və Yaponiya əsgəri, döyüş gəmiləri və raket batareyaları iştirak edir. 


Sistemi idarə edən polkovnik Veyd Germann, “Typhon”un sürətli yerləşdirilmə imkanlarının düşməni çətin vəziyyətə sala biləcəyini bildirib. O, raket qurğusunun təlimdən sonra Yaponiyadan çıxarılacağını açıqlayıb. 


Qeyd edək ki, ABŞ sistemi ilk dəfə 2024-cü ilin aprelində Filippinlərdə yerləşdirmişdi. Bu addım Pekin və Moskvanın sərt reaksiyasına səbəb olmuşdu. Analitiklər hesab edirlər ki, Çinə daha yaxın olan Yaponiyada “Typhon”un istifadəsi daha güclü etiraz doğura bilər. 


ABŞ bu addımı Çinin böyüyən raket arsenalına qarşı “Birinci Ada Zənciri” strategiyası çərçivəsində atır. Yaponiya da hərbi xərclərini artıraraq “Tomahawk” raketləri alır və öz orta mənzilli silahlarını hazırlayır. Regionda Tayvan da müdafiə büdcəsini artırmaq planını açıqlayıb.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR