ABŞ Venesuelanı yenidən hədələdi - Hücumlar davam edəcək

ABŞ Venesuelanı yenidən hədələdi - Hücumlar davam edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp narkotik kartelləri ilə mübarizə məsələsində Venesuelanı bir daha hədələyərək bu ölkəyə aid dəniz vasitələrinə yeni hücumlar həyata keçirə biləcəklərini vurğulayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Nyu-Yorkdan paytaxt Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

 

O, Amerika donanmasına aid olan qüvvələrin Karib dənizində  tapşırıqları icra edəcəklərini bildirib.

 

“Venesueladan çoxlu miqdarda narkotik gəlir. Araqua dəstəsinin üzvləri də çıxmağa çalışır, lakin biz onları sərhəddə uğurla dayandırırıq”, – deyən Tramp, həm narkotik, həm də dəstə üzvləri ilə mübarizə üçün bu tədbirləri gördüklərini deyib.

 

“Venesuelaya daha çox hücum gözləyirsinizmi” sualına cavab verən Tramp Karib dənizində narkotiklə əlaqəli gəmiləri aşkar etdikcə hücumlara davam edəcəklərini bildirib.


Niyaz Hacıyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR