Fələstini dövlət kimi tanıma - ABŞ-dən xəbərdarlıq

Fələstini dövlət kimi tanıma - ABŞ-dən xəbərdarlıq
Kateqoriya məlum deyil
T

ABŞ Administrasiyası Tokionu bu ay keçiriləcək BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanımamağa çağırıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, ABŞ rəsmiləri Yaponiyaya xəbərdarlıq edərək, Fələstinin tanınmasının ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini və bölgədə gərginliyi artıracağını bildirib.

 

Qeyd edək ki, Fransa, Böyük Britaniya, Avstraliya və Kanada da daxil olmaqla bir sıra ölkələr yaxın günlərdə Fələstini dövlət kimi tanımağa hazırlaşır. Bu qərar Qəzzada davam edən humanitar böhran fonunda Yaponiyada da hökumətə ictimai təzyiqi artırıb.

 

Son olaraq, 206 millət vəkilinin imzası ilə hökumətə təqdim edilən məktubda Fələstin Dövlətinin tanınması çağırışı edilib. Məktub Yaponiyanın Xarici İşlər naziri Takeşi İvayaya təqdim olunub. Nazir məsələni diqqətlə nəzərdən keçirəcəklərini açıqlayıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR