Tramp Rusiyaya ağır sanksiya üçün şərtini açıqlayb

Tramp Rusiyaya ağır sanksiya üçün şərtini açıqlayb
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Rusiyaya sanksiya tətbiqi ilə bağlı yeni açıqlama verib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, yalnız bütün NATO üzvü ölkələr eyni vaxtda Rusiyadan neft alımını dayandırdığı halda Moskva üzərinə sanksiyalar tətbiq olunacaq: 


“Bütün NATO ölkələri eyni qərarı qəbul edib tətbiq etməyə başladıqda və Rusiyadan neft alışını dayandırdıqda, Rusiyaya böyük sanksiyalar tətbiq etməyə hazıram. Bundan əlavə, NATO birlikdə Çinə 50–100 faiz arası gömrük rüsumu qoymalı, müharibə başa çatdıqdan sonra isə bu rüsumlar tamamilə ləğv edilməlidir. Bu addım ölümcül, amma mənasız müharibənin sonlandırılmasına ciddi töhfə verəcək”.

 

Trampın sözlərinə görə, Çin Rusiyaya güclü təsir imkanına malikdir və yüksək gömrük rüsumları bu təsiri zəiflədəcək:


“NATO mənim dediyim kimi hərəkət etsə, müharibə tezliklə sona çatacaq və minlərlə həyat xilas olunacaq. Əks halda, həm mənim, həm də ABŞ-nin vaxtı, enerjisi və pulu boşa sərf ediləcək”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR