Kamçatkada güclü zəlzələ oldu - Sunami baş verə bilər

Kamçatkada güclü zəlzələ oldu - Sunami baş verə bilər
Kateqoriya məlum deyil
T

Rusiyanın Kamçatka yarımadasında 7,7 bal gücündə zəlzələ baş verib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatkadan 123 km şərqdə, Sakit okean akvatoriyasında qeydə alınıb.

 

Hakimiyyət orqanları səsucaldanlar vasitəsilə əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq edib. Qubernatorun sözlərinə görə, hazırda ciddi dağıntı qeydə alınmayıb, binalara baxış keçirilir. İlk təkanlar səhər saat 6 radələrində hiss olunub.

 

Seysmoloqlar bildirirlər ki, afterşoklar ən azı 6 ay davam edə bilər, həmçinin bölgənin şimal və cənub hissəsində yeni zəlzələ riski qalır.

 

Xatırladaq ki, bu ilin 30 iyulunda Kamçatkada 8,8 bal gücündə zəlzələ qeydə alınmış, bu, 1952-ci ildən bəri ən güclü yeraltı təkan olmuşdu.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR