Bu ölkələr Polşaya görə Rusiyanı qınadı

BMT-yə üzv 193 ölkədən 46-sı Rusiyanın Polşa hava məkanını pozmaqda ittiham edildiyi insidentlə bağlı birgə bəyannaməyə qoşulub.
Sfera.az xəbər verir ki, sənədi Polşa ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Yaponiya, Cənubi Koreya və digər Avropa ölkələri imzalayıb. Onlar Rusiyanı Polşa hava məkanını 19 dəfə pozmaqda və münaqişəni genişləndirməkdə günahlandırır.
Polşa ordusu sentyabrın 10-da hava məkanına daxil olmuş bir neçə PUA-nı vurduğunu açıqlayıb. Hadisədən sonra NATO, Polşanın müraciəti ilə alyans çərçivəsində məsləhətləşmələrə başlayıb.
Rusiya Müdafiə Nazirliyi isə Polşanın hava məkanına hər hansı PUA göndərildiyini inkar edərək, hədəfin yalnız Ukraynadakı hərbi obyektlər olduğunu bildirib. Nazirlik insidentlə bağlı Varşava ilə dialoqa hazır olduğunu da vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az






