Yaşlı qadın tək olduğu üçün polis çağırdı: Baş verənlər maraq doğurub

Yaşlı qadın tək olduğu üçün polis çağırdı: Baş verənlər maraq doğurub
Kateqoriya məlum deyil
T

İtaliya polisinə qeyri-adi zəng gəlib. Belə ki, Firenze şəhərində yaşlı bir qadın özünü tənha hiss etdiyi və danışacaq heç kimi olmadığı üçün polisə müraciət edib. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları xanıma kömək etmək üçün qeyri-adi bir həll yolu tapıblar.


Sfera.az bildirir ki, polis yaşlı xanımın evinə gəlib və ənənəvi italyan yeməklərini hazırlayaraq onunla maraqlı vaxt keçirib. 

 

Fotolar viral olub:  üç saat ərzində 28 mindən çox reaksiya toplayıb. Fotoda əlil arabasında olan yaşlı qadının evində iki italyan polisi görmək mümkündür.

 

Görüntüdə asayiş keşikçilərindən birinin tavadan makaron tökdüyü, ikincisinin isə bunun üçün boşqab tutduğu əks olunub. 87 yaşlı qadının üzündəki reaksiyaya görə, vaxt keçirdiyi qonaqların olmasından məmnundur.

 

Jurnalistlər bu hekayənin 2020-ci ilin yazında koronavirus pandemiyası zamanı baş verdiyini yazır.

 

Polis təcili xidmətə zəng edən 87 yaşlı bir xanımın çağırışına gedib. Qadın operatora şikayət edib ki, yorğun və acdır və qolu ağrıdığından yemək hazırlaya bilmir.

 

Polislər cəld hadisə yerinə gəliblər və yaşlı xanım oğlunun işə götürdüyü dayəsinin işə gəlmədiyini, oğlunun isə onun yanına nahar etməyə vaxt tapmadığını deyib. Məhz buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları ənənəvi italyan yeməyi bişirmək qərarına gəliblər. 

 

Hər üç iştirakçı naharda vaxt keçirdikdən sonra hekayənin kulminasiyası baş verib. Polislər qadının mənzilindən çıxarkən oğlu gəlib. Bütün təfərrüatlar oğluna danışıldıqdan sonra birlikdə bir qədər də maraqlı vaxt keçirən qonaqlar evdən ayrılıblar.

AYNİL

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR