BƏƏ İsrail səfirini geri çağırıb

BƏƏ İsrail səfirini geri çağırıb
Kateqoriya məlum deyil
T

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin bu həftənin əvvəlində Qətərin paytaxtı Dohada endirdiyi zərbələrdən sonra İsrail səfiri Yossi Şellini çağırıb. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ və İsrail xarici işlər nazirliklərindən dərhal şərh verilməyib. 

 

BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed öz “X” sosial şəbəkəsində hesabında “Əziz Qətərimizlə tam həmrəyik" sözlərini yazıb.


Qeyd edək ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu həftə hücumdan sonra mövqeləri əlaqələndirmək üçün Körfəz ölkələrinə səfər edib. Həmçinin, Doha 14 və 15 sentyabr İsrailin hücumunu müzakirə etmək üçün fövqəladə Ərəb-İslam sammitinə ev sahibliyi edəcək.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR