Qətər İsraili Qəzzada sülh səylərini pozmaqda ittiham etdi

Qətər İsraili Qəzzada sülh səylərini pozmaqda ittiham etdi
Kateqoriya məlum deyil
T

Qətər Baş Naziri Şeyx Məhəmməd bin Əbdülrəhmən əl-Tani BMT-nin 15 üzvü olan Təhlükəsizlik Şurasında bildirib ki, İsrail liderləri Qəzzada HƏMAS tərəfindən girov götürülən şəxslərin həyatına hörmət göstərməyiblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Qətər İsraili HƏMAS liderlərinə qarşı Doha şəhərində həyata keçirilən hücumlarla Qəzzada müharibəni sona çatdırmaq səylərini pozmaqda ittiham edib.


Məlumata görə, Əl-Tani cümə günü Nyu-York və Vaşinqtona səfər edəcək. Onun ABŞ rəsmiləri ilə İsrailin hücumu və Qəzzada atəşkəs danışıqlarının son durumu barədə müzakirələr aparması gözlənilir.

 

Qeyd edək ki, Qətər vasitəçilik fəaliyyətini davam etdirəcəyini də vəd edib.

 

Niyaz Hacıyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR