Rusiya–Ukrayna danışıqlarına fasilə verildi - Kreml

Kateqoriya məlum deyil
T
Kremldən verilən açıqlamaya görə, Rusiya və Ukrayna arasında davam edən sülh danışıqları dayandırılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrini Ukraynada sülh səylərini əngəlləməkdə ittiham edib.
Onun sözlərinə görə, Moskva bütün maneələrə baxmayaraq, müzakirələr üçün qapını açıq saxlayır.
Kremlin açıqlamasında həmçinin Rusiyanın Avropa üçün təhlükə yaratmadığı vurğulanıb. Avropada narahatlıqla izlənilən Rusiya–Belarus “Zapad” hərbi təlimlərinə də toxunan Kreml, bu reaksiyaların “Rusiyaya qarşı qərəz və düşmənçilikdən qaynaqlanan emosional yanaşma” olduğunu bildirib.
Bəsti Rəfizadə
Sfera.az






