İvett Kuper ilk səfərini Ukraynaya edəcək

İvett Kuper ilk səfərini Ukraynaya edəcək
Kateqoriya məlum deyil
T

Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Ukraynaya səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat açıqlayıb.

 

Qeyd olunub ki, bu, İ.Kuperin XİN başçısı qismində ilk səfəri olacaq.

 

Səfər çərçivəsində İ.Kuperin Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Yuliya Sviridenko və XİN başçısı Andrey Sibiqa ilə görüşləri planlaşdırılır.

 

Nazir ukraynalı həmkarı ilə danışıqlarda Ukrayna və Böyük Britaniya arasında strateji dialoq çərçivəsində işin ümumi prioritetlərini müzakirə edəcək.

 

Bundan əlavə, Britaniya XİN Ukraynaya 142 milyon funt sterlinq (193 milyon dollar) məbləğində maliyyə yardımının ayrılacağını elan edib./ report.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR