Moskva NATO-nu yoxlayır: "Reaksiyalar zəif olsa Avropaya təzyiq artacaq"

Moskva NATO-nu yoxlayır: "Reaksiyalar zəif olsa Avropaya təzyiq artacaq"
Kateqoriya məlum deyil
T

Son aylar Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşa sərhədini pozması adi hala çevrilib. Artıq 17-ci PUA Polşa ərazisində aşkarlanıb. 


Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında qeyd edib ki, Rusiya bu addımı atmaqla həm NATO-nun reaksiyasını yoxlamaq, həm də Avropaya təhdid və təzyiq göstərmək niyyəti güdür:

 

“Düşünürəm ki, Rusiyanın Polşa ərazisinə PUA hücumu təşkil etməsi ilk növbədə NATO-nun reaksiyasını yoxlamaq məqsədi daşıyır. Bununla Moskva həm Avropanı müəyyən qədər təhdid etməyə çalışıb, həm də NATO-dan çəkinmədiyini nümayiş etdirib. Avropa ölkələrinin atacağı addımlar Rusiya üçün ciddi təhlükə hesab olunmur və Kreml bundan narahat deyil”.

 

Politoloq bildirib ki, NATO bu dəfə daha aktiv mövqe nümayiş etdirib:

 

 

“Reaksiyalara gəldikdə isə ilk dəfə NATO qüvvələri həmin PUA-ların zərərsizləşdirilməsi prosesində iştirak etdilər. Hadisədən sonra Avropanın aparıcı dövlətləri Polşanın hava hücumundan müdafiəsini gücləndirmək üçün addımlar atmağa başlayıblar. NATO bu hadisəni pisləyib, amma eyni zamanda təmkinli yanaşır. Nizamnamənin 4-cü maddəsinə uyğun olaraq addımlar atılır”.

 

Qasımovun fikrincə, Rusiya təxribatlarını davam etdirdiyi təqdirdə onların qarşısını almaq üçün yeni mexanizmlər işə salınacaq:

 

“Hazırda düşünmürəm ki, NATO, xüsusilə də Avropa ölkələri Rusiyayla ciddi qarşıdurmada maraqlı olsunlar. NATO-nun əsas gücü ABŞ-dir. Məhz bu səbəbdən Avropa ölkələri ABŞ-nin reaksiyasını və onun davranışlarını gözləyirlər. Addımlar da məhz Vaşinqtonun mövqeyinə uyğun şəkildə atılacaq”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR