Priqojinin sözləri niyə xatırlandı? - Polşa təhlükə altındadır

Priqojinin sözləri niyə xatırlandı? - Polşa təhlükə altındadır
Kateqoriya məlum deyil
T

Polşada pilotsuz uçuş aparatları ilə bağlı baş verən insident fonunda Rusiyada “Vaqner”in qurucusu Yevgeni Priqojinin fikirləri yada salınıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Tsarqrad” portalı məlumat yayıb.

 

Nəşrdə bildirilib ki, baş verənlərdən sonra Priqojinin sözləri sanki proqnoz kimi səslənir. Qeyd olunub ki, Priqojinin Polşadakı bir şəhər haqda söylədiklərini vaxtilə Belarus Prezidenti Aleksandr Lukaşenko sitat gətirmişdi.

 

“Qərbə getmək istəyirik. İcazə verin bizə. Soruşuram, sizə Qərb nəyə lazımdır? Yaxşı, gedək Varşavaya, Jeşuvda da bir ekskursiyaya çıxaq”, – Lukaşenko Priqojinin sözlərini belə təqdim etmişdi.

 

Xatırladaq ki, sentyabrın 10-da Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının bir neçə PUA tərəfindən pozulması səbəbindən hökumətin təcili iclasını çağırıb. Daha sonra o, sosial şəbəkə "X"də rəsmi şəkildə Rusiyanı günahlandıraraq bildirib ki, Polşada aşkar edilən dronlar Rusiyaya məxsus olub.

 

Kremlin sözçüsü Dmitri Peskov isə bu ittihamlara cavab olaraq bildirib ki, Avropa İttifaqı və NATO rəhbərliyi hər gün Rusiyanı təxribatlarda günahlandırır, amma heç bir arqument təqdim etmir.

 

Bundan əvvəl NATO baş katibi Polşaya pilotsuz aparatların zərərsizləşdirilməsində kimin kömək etdiyini açıqlamışdı.

 

Niyaz Hacıyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR