Camaat qarşısında Sultanı qucaqlayan qadın həbs olunacaq - Foto - Video

Camaat qarşısında Sultanı qucaqlayan qadın həbs olunacaq - Foto - Video
Kateqoriya məlum deyil
T

Malayziyada 41 yaşlı Nurhaswani Afni Mohamad Zorki adlı qadın qalmaqalın mərkəzinə düşüb. 

 

Sfera.az bildirir ki, insident Perak əyalətinin İpoh şəhərində Müstəqillik Günü qeyd etmə zamanı baş verib. 
Qara geyimli qadın ön cərgələrdə əyləşən fəxri qonaqlara sakitcə qarışıb və dövlət himni səsləndirilərkən qəfildən səhnəyə qaçıb. O, Perak sultanı Nəzrin şahı qucaqlamağa cəhd edib.

 

Təhlükəsizlik əməkdaşları dərhal reaksiya verib və qucaqlamanın qarşısını alıblar. Qadın saxlanılaraq polisə aparılıb. Perak polis komissarı Noor Hisam Nordin həbsi təsdiqləyib. O əlavə edib ki, Zorkinin əvvəllər narkotiklə bağlı problemləri olub və psixiatrın nəzarəti altındadır. Ancaq hadisədən sonra edilən narkotik testi mənfi çıxıb.

 

İş üzrə dinləmə sentyabrın 8-də İpoh Məhkəməsində hakim Mohd Harit Mohd Mazlanın sədrliyi ilə keçirilib. Nurhasvani Afni Mohamad Zorki Malayziya Cinayət Məcəlləsinin 352-ci maddəsi ilə hücumda ittiham olunub. Aşkar edilmiş şizofreniya əlamətlərinə görə, onun etirafı hələ qeydə alınmayıb və məhkəmə qadının adekvat olub-olmadığını müəyyən etmək üçün Bahagia Ulu Kinta Xəstəxanasına bir aylıq müşahidəyə göndərilməsi barədə qərar verib.


Günahı sübuta yetirilərsə, qadını üç aya qədər həbs cəzası və 1000 RM (təxminən 400 Azn) cərimə gözləyir. Növbəti məhkəmə iclası 2025-ci il oktyabrın 7-nə təyin edilib.

 

Bu hadisə kral ailəsi üzvlərinin ictimai tədbirlər zamanı təhlükəsizliyi ilə bağlı cəmiyyətdə fəal müzakirələrə səbəb olub. Polisin baş müfəttişi Mohd Xalid İsmayıl sarayları və rəsmi tədbirləri qorumaq üçün xüsusi təyinatlıların və komandoların yerləşdirilməsi də daxil olmaqla, sultanlar və dövlət liderləri üçün təhlükəsizlik protokollarının gücləndiriləcəyini bildirib.

AYNİL

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR