Orta əsrlərdə qala pilləkənləri niyə dar tikilirdi?

Orta əsr nağıllarında və filmlərində biz tez-tez şahzadələrin o spiral pilləkənlərlə sürüşdüyünü görürük. Əslində o pilləkənlər nağıllardakı kimi romantik deyildi.
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
Qalaların içərisindəki dar, saat əqrəbi istiqamətində olan pilləkənlər əvvəlcə müdafiə məqsədi ilə tikilirdi. Bu memarlıq düşməni yavaşlatmaq, müdafiəçilərə üstünlük vermək və qalanı qorumaq üçün seçilmişdir. Görünən sadə bir detal olan bu dar addımlar əslində döyüşün gedişatını dəyişdirəcək qədər strateji əhəmiyyətli idi.
Dar, saat yönündəki spiral pilləkənlərin əsas məqsədi müdafiə idi.
Qalalar ilk növbədə hərbi tikililər kimi tikilmişdir. Pilləkənlərin saat əqrəbi istiqamətindəki spiralı əsasən sağ əlli olan düşmən əsgərlərini zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdu.
Yuxarıya doğru irəliləyən hücumçular qılınclarını yelləməyə yer tapa bilmirdilər, aşağıdan gələn müdafiəçilər isə daha geniş tərəfdə olduqları üçün daha asan hücuma keçə bilirdilər. Pilləkənin mərkəzi sütunu da hücumçu üçün ciddi maneə yaradırdı.
Dar addımlar və qaranlıq mühit təcavüzkarı yavaşladırdı.
Pilləkənlər sadəcə dar deyildi; onlar qaranlıq və qeyri-bərabər idi. Addımlar bərabər məsafədə deyildi. Qala sakinləri buna öyrəşmiş olsalar da, hücum edənlər tez-tez döyüşün qızğın vaxtında büdrəyib yıxıla bilirdilər.
Dar yerlərdə irəliləyən düşmən əsgərləri müvazinətini itirdikdə müdafiəçilərin işini asanlaşdırırdı. Buna görə də pilləkənlər təbii tələ rolunu oynayaraq hücumu ləngidirdi.
Pilləkənlər daha az əsgərlə çox sayda kişiyə qarşı durmağın yolu idi.
Açıq ərazidə hər iki tərəf kollektiv döyüşə girə bilərdi. Lakin dar spiral pilləkənlər buna mane olub. Hücumçular tək sıra ilə qalxmalı idilər. Müdafiəçilər isə qarşıdan gələn əsgərləri bir-bir dayandırmaq üçün ox atmaq, nizə yelləmək və ya yuxarıdan qılıncdan istifadə edə bilərdilər. Bu, az sayda əsgərə çoxlu sayda hücumçuya qarşı üstünlük əldə etməyə imkan verirdi.
Bu gün spiral pilləkənlərə daha çox estetik səbəblərdən və ya yer qənaət etmək üçün üstünlük verilir. Lakin orta əsrlərdə bu strukturlar sırf strateji müdafiə vasitəsi idi. Bu dar, qaranlıq, qeyri-sabit, saat əqrəbi istiqamətindəki pilləkənlər qalanı müdafiə edən əsgərlərin ən böyük müttəfiqinə çevrilirdi.
AYNİL










