Logo

Özbəkistanda dəhşətli qəza: 13 nəfər həlak oldu

Özbəkistanda dəhşətli qəza: 13 nəfər həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Özbəkistanın Anqren şəhərindən baş verən dəhşətli yol-nəqliyyat qəzasında ölənlərin sayı 13 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 7-də saat 12:20 radələrində Anqren şəhərində dəhşətli qəza baş verib: sement daşıyan “Şaqman” markalı yük maşını idarəetməni itirərək iki yük maşınına dəyib və dəmir yolu keçidində dayanan minik avtomobillərinə çırpılıb. Özbəkistan DİN-in məlumatına əsasən, hadisə nəticəsində 11 nəfər ölüb, 5 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha 4 nəfərə ambulator tibbi yardım göstərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR