Logo

İsrail mediası: Hücumun uğursuz olmasının səbəbkarı Türkiyədir

İsrail mediası: Hücumun uğursuz olmasının səbəbkarı Türkiyədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail mediası uğursuz olan sui-qəsd cəhdini Türkiyə ilə əlaqələndirib. İddialar görə, Dohadakı (Qətərin paytaxtı) HƏMAS heyətinə qarşı həyata keçirilən hücumdan əvvəl Türkiyə və Misir təşkilatı xəbərdar ediblər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məhz bu xəbərdarlıqlar sayəsində HƏMAS-ın əsas fiqurları hücumdan xilas olub.

İsrail isə bir neçə saat sonra əməliyyatın uğursuzluğunu qəbul edib. İddiaya əsasən, bu barədə ABŞ də daxil olmaqla heç bir tərəfə məlumat verilməyib.

HƏMAS-ın müvəqqəti lideri Xəlil əl-Həyyə hücumdan sonra xəstəxanada çəkdirdiyi foto ilə sağ olduğunu açıqlayıb. İsrail mediası isə bir neçə saatdan sonra əməliyyatın uğursuz nəticələndiyini təsdiqləyib.

Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun yüksək vəzifəli üzvləri hazırda Türkiyə və Misirdə yerləşir. Bu vəziyyət İsrailin Türkiyə ilə bağlı ən böyük narazılıqlarından biri kimi diqqət çəkir.

Niyaz Hacıyev

İsrail mediası: Hücumun uğursuz olmasının səbəbkarı Türkiyədir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR