Trampın 19 yaşlı oğlu Ağ Evə köçüb

Trampın 19 yaşlı oğlu Ağ Evə köçüb
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp və birinci ledi Melaniya Trampın 19 yaşlı oğlu Barron Tramp rəsmi olaraq Ağ Evə köçüb.

 

Sfera.az bu barədə “New York Post”a istinadla xəbər verir.


Barron Nyu-Yorkdakı nüfuzlu Stern Biznes Məktəbində oxuyur və indiyə kimi Manhettendəki Tramp Tover-də yaşayırdı. O, birinci kursdan sonra Nyu York Universitetinin Vaşinqton filialına köçüb. İndi gənc Tramp valideynləri ilə daha yaxın ola və təhsilini ABŞ-nin paytaxtında davam etdirə biləcək.

 

Nyu York Universitetinin Vaşinqton filialı siyasət, iqtisadiyyat, tarix, jurnalistika və dövlət idarəçiliyi üzrə kurslar təklif edərək hər semestrdə cəmi 120 tələbə qəbul edir. Donald Trampın oğlunun siyasətə marağı ilə bağlı son açıqlamalarını nəzərə alsaq, seçim xüsusilə simvolik görünür. "O, çox hündürboy, yaraşıqlı oğlan və əla tələbədir. Bəli, o, siyasəti çox sevir" ,-prezident şərh edib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR