“Doğum məqsədilə gələnlərin vizası ləğv ediləcək” - Xəbərdarlıq

"Doğum məqsədilə gələnlərin vizası ləğv ediləcək" - Xəbərdarlıq
Kateqoriya məlum deyil
T

ABŞ-nin Ankaradakı Səfirliyi, türkiyəli vətəndaşlara viza müraciətləri ilə bağlı misli görünməmiş xəbərdarlıq yayıb. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında yerləşdirilən açıqlamada bildirilib ki, ABŞ vizasından ölkədə doğum edib övladına Amerika vətəndaşlığı qazandırmaq məqsədilə istifadə etmək qadağandır. 


Məlumatda qeyd olunub ki, konsulluq əməkdaşı səfərin bu məqsədlə həyata keçirildiyini müəyyən edərsə, viza müraciəti dərhal rədd ediləcək:

 

“Əgər məqsədiniz ABŞ-də doğum etməkdirsə, vizanız ya rədd ediləcək, ya da ləğv olunacaq”. 


Xatırladaq ki, ABŞ vətəndaşı olmayan miqrantların ölkədə uşaq dünyaya gətirərək vətəndaşlıq əldə etməsi uzun müddətdir Vaşinqtonun gündəmindədir. Bu məsələ xüsusilə ABŞ Prezidenti Donald Trampın diqqət mərkəzində olub. 


Tramp dəfələrlə bu qanunun ləğv olunacağını və miqrant uşaqlarının avtomatik vətəndaşlıq almasının qarşısını almağa hazır olduğunu bəyan edib. Hazırda isə ABŞ hökuməti vizaların sayını məhdudlaşdırmaq və qanunsuz miqrantları deportasiya etməklə məsələyə müdaxilə edir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR