Rusiya dronları Polşa səmasında: Təsadüf yoxsa təhdid?

Rusiya dronları Polşa səmasında: <span style="color:#ff0000">Təsadüf yoxsa təhdid?</span>
Kateqoriya məlum deyil10.09.25, 08:00232 👁️
T

Polşa hava məkanında vurulan dronlarla bağlı məlumatlar beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Ukrayna tərəfi həmin dronların Rusiyadan göndərildiyini açıqlayıb.

 

Bəs Rusiya dronlarının Polşaya getməsi təsadüfdürmü, yoxsa Moskva bununla Varşavanı hədələyirmi? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bunun təsadüfi olmadığını bildirib:

 

 

“Rusiyaya məxsus dronların Polşa hava məkanında vurulmasını təsadüfi hal hesab etmək olmaz. Çünki bu, ilk hadisə deyil. Son dövrlərdə Polşanın özü də sərhədlərində müdafiəni ciddi şəkildə möhkəmləndirib. Rusiya gələcək təhdidlərə qarşı müəyyən hazırlıqlar görməkdədir. Yəni ilk baxışda bu, təsadüfi xarakter daşıyan bir hadisə kimi görünsə də, əslində belə deyil.

Mən hesab edirəm ki, Rusiya bu addımı bilərəkdən atıb. Çünki Polşa indiyə qədər Ukraynanı dəstəkləyən əsas ölkələrdən biridir”.

 

Politoloqun fikrincə, gələcəkdə belə hallar təkcə Polşa ilə məhdudlaşmayacaq:

 

“Bu baxımdan Rusiya dronlarının Polşa ərazisində vurulması o demək deyil ki, belə hallar yalnız Polşa ilə məhdudlaşacaq. Gələcəkdə bu cür hadisələrlə Baltik ölkələri və Finlandiya da qarşılaşa bilər”.


Niyaz Hacıyev

PAYLAŞ
Sehliyali
Yüklənir...