Qarabağ qazisi Ukraynada vəfat etdi


Qarabağ qazisi Ukraynada vəfat etdi
Kateqoriya məlum deyil10.09.25, 07:540 👁️
T

Birinci Qarabağ savaşının odundan, alovundan keçən qazi qardaşımız Sahib Şəmistan oğlu İsmayılov 2 gün öncə yaşadığı Donesk şəhərində qəfil ürək tutmasından dünyasını dəyişib. 

 

Sfera.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində Ehtiram İlham adlı istifadəçi yayıb.

 

Onun sözlərinə görə, Tovuzun əfsanəvi "Bozqurd" dəstəsinin cəsur döyüşçülərinin biri olmuş və "Dılım" ləqəbi ilə tanınan Sahib bəy dünən doğulduğu Tovuzun Yuxarı Mülkülü qəbristanlığında torpağa tapşırılıb. 


Dəfndə Sahib İsmayılovun doğmaları və kənd camaatı ilə yanaşı, başqa komandir Etibar Bozqurd olmaqla Xaliq, Cingiz, Elçin, Hafiz, Kamal, İsmayıl, Zakir və.s. kimi keçmiş döyüş yoldaşları da iştirak edib.  
 

Allah rəhmət eləsin.










 

PAYLAŞ
Sehliyali
Yüklənir...