Azərbaycanlı iş adamının klubu müflis elan olundu

Azərbaycanlı iş adamının klubu müflis elan olundu
Kateqoriya məlum deyil
T

Rusiyanın Moskva vilayətinin Arbitraj Məhkəməsi “Ximki” futbol klubunu müflis elan edib.

 

Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Klub iyunun 18-də fəaliyyətini dayandırıb. Daha əvvəl "Ximki" maliyyə çətinlikləri səbəbindən Rusiya Premyer Liqasının (RPL) cari mövsümündə iştirak etmək üçün lisenziya ala bilməyib.

 

"Ximki" 1997-ci ildə yaradılıb. Komanda ilk dəfə 2007-ci ildə yüksək diviziona yüksəlib.

 

Klubun RPL-də ən yüksək nailiyyəti 2021/22 mövsümündə səkkizinci yer olub. Bundan əlavə, "Ximki" iki dəfə Rusiya kubokunun finalına yüksəlib (2005 və 2020), 2006 və 2024-cü illərdə isə iki dəfə ölkənin ikinci divizionunun qalibi olub.

 

Qeyd edək ki, "Ximki" klubunun əvvəlki sahibi azərbaycanlı biznesmen Tufan Sadıqov olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR